"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağabala Musayev: “Bələdiyyə üzvləri on il müddətinə seçilsin”-TəKLiF

--2018-01-26 / 18:54

“Bələdiyyə üzvlərinin beş ildən bir yox, on ildən bir seçilməsini təklif ediəm”-bu fikirləri Binəqədi qəsəbə agsaqqalı Ağabala Musayev  Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət evinin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair birgə  hesabat yığıncağındakı çıxışı zamanı  deyib

Qəsəbə ağsaqqalı  bu fikrini belə əsaslandırıb ki, konkret layihənin icrası üçün beş il kifayət etmir. Müəyyən mənada təcrübə qazanınca, yeni mühitə alışınca hər kəs də müəyyən vaxt keçir və nəticədə sakinlərin qarşılaşdığı problemlərin həlli də ləngiyir.

Bələdiyyələrə tövsiyə verməyi də unutmayan A.Musayev daha sonra qeyd edib ki, ölkə başçısının  qeyri-neft sektorunun inkişafıyla bağlı irəli sürdüyü strategiyaya uyğun olaraq bələdiyələr də öz töhvələrini verə bilərlər.

Düzdür etriaf etməliyik ki, qardaş Türkiyədəki kimi  bizim yerli orqanların imkanı bir o qədər deyil. Amma əldə olanlarda ciddi layihələr icra etmək olar, məsələn  balıqçılıq təsərrüfatı, kənd  təsərrüfatı müəssisəsi və sair yaratmaq olar.

Sözsüz ki, biz seçicilərdə bələdiyyəmizə sahib çıxmalı, onlara  bu tipli layihələrin icrasında öz dəstəyimizi göstərməliyik.

Belediyye.info

ŞƏRHLƏR